Aclıqdan əziyyət çəkən insanlar üçün ərzağın haradan gəlməsinin heç bir əhəmiyyəti yoxdur və olmamalıdır

Biz bu gün regionda Ermənistanın yenidən vəziyyəti gərginləşdirmək cəhdlərinin şahidi oluruq. Bu dəfə Ermənistan Ağdam-Xənkəndi yolunu bəhanə gətirərək qarşıdurma yaratmağa cəhd edir. Düşünürəm ki, bu, Ermənistan rəhbərliyinin öz xalqına qarşı, eləcə də regionda sabitliyin pozulmasına yönəlmiş növbəti ağılasığmaz addımıdır.

Bu sözləri gürcü politoloq Tengiz Txilava ermənilərin Ağdam-Xankəndi yolunda yaratmağa çalışdığı gərginliyi AZƏRTAC-a şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində, xüsusən də Xankəndidə yaşayan ermənilərin onlar üçün nəzərdə tutulmuş humanitar yüklərin yeni açılmış Ağdam-Xankəndi yolu ilə deyil, Laçın dəhlizi vasitəsi ilə çatdırılmasını tələb etmələri absurd bir iddiadır. Azərbaycan ermənilərə humanitar yük göndərir, eləcə də Rusiyadan gələn yüklər Azərbaycan ərazisindən keçməklə Xankəndiyə göndərilir. Lakin, ermənilər bu yükləri qəbul etmək istəmirlər. Bu isə o deməkdir ki, ermənilər aclıqdan əziyyət çəkmirlər. Aclıqdan əziyyət çəkən insanlar üçün ərzağın haradan gəlməsinin heç bir əhəmiyyəti yoxdur və olmamalıdır. Sadəcə olaraq, ermənilər bəzi qüvvələrə arxayın olaraq regionda vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Politoloq hesab edir ki, bu da çox yanlış fikirdir. İlk növbədə, onlar düşünməlidirlər ki, bu gün baş verənlər Azərbaycan ərazisində baş verir və rəsmi Bakı məsələnin öz yurisdiksiyası çərçivəsində həll edəcəkdir. Burada nə Rusiya, nə Amerika, nə Fransa, nə də başqa bir ölkə Azərbaycanın daxili işinə qarışa bilməz. Hamı, eləcə də Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və bunu öz bəyanatlarında da təsdiq edib. Ermənilər bunu başa düşməlidirlər. Əks halda onları 2020-ci ildəki 44 günlük müharibənin daha acı nəticələr gözləyə bilər.

“Düzdür, Azərbaycan məsələni sülh və danışıqlar yolu ilə həll etmək niyyətindədir. Lakin, hər şeyin bir sonu olmalıdır. Azərbaycanın regionda sülh çağırışları hamı üçün məqbuldur. Ermənilərin də sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur və onlar buna məcburdurlar”, – deyə Txilava vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button