Aeroport yolunda qəza: “Koroğlu” istiqamətində sıxlıq yaranıb

Bakının Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Polise.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button