Ağ ev Kremlə cavab verib: “Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”

Ağ ev Kremlin Qərbin Ukraynaya yardımdan yorğunluğunun artacağı və Kiyevin Qərb tərəfdaşları arasında ziddiyyətlərin artacağı ilə bağlı iddialarını rədd edib.

“Report” “C-SPAN”a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

Jan-Pyer rusiyalı həmkarına Ukraynanın arxasında güclü ittifaqın olduğunu xatırladıb:

“Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya var. Əgər Putin bizi üstələyə biləcəyini düşünürsə, yanılır”.

O həmçinin bildirib ki, Vaşinqton tezliklə Ukraynaya yeni yardım paketi elan edəcək.

Xatırldaq ki, daha öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “müxtəlif ölkələrin, o cümlədən ABŞ-nin Kiyev rejiminə tamamilə absurd sponsorluqdan yorğunluğunun artacağını” demişdi. Onun fikrincə, “bu yorğunluq siyasi isteblişmentin parçalanmasına və ziddiyyətlərin artmasına gətirib çıxaracaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button