Respublikaçılar ABŞ dövlətini tənəzzülə sürükləyir…

“Respublikaçılar Partiyasının nümayəndələrinin dövlət borcu məsələlərində irəli sürdüyü tələblər Konqreslə ABŞ prezident administrasiyası arasında razılığın əldə olunmasına maneəyə çevrilib və defolt təhlükəsi yaradır”.

“Polise.az ” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

Öz növbəsində Ağ Evin Kommunikasiyalar direktoru Ben LaBolt deyib ki, respublikaçılar iqtisadiyyatı girov götürür:

“Nəticədə Respublikaçılar bizi milyonlarla iş yerinin itirilməsi və ölkəni tənəzzülə sürükləyə biləcək defoltun astanasına gətirəcəklər. Onların büdcə təklifi 100 000 müəllim və köməkçinin, 2 000 hüquq-mühafizə işçisinin vəzifəsini itirməsi ilə nəticələnəcək və milyonlarla amerikalının sağlamlığına təhlükə yaradacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button