Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr
uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması
barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon
sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıb. Onlar ifadələrində
əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində
metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.
Sinxron-Nicat Qarayev ( saxlanılan şəxs )
Keçirilən digər əməliyyat nəticəsində isə usta kimi işlədiyi evdən müxtəlif
məişət əşyaları və evdəki qapıları oğurlayan Zaur Abidov tutulub. Araşdırma
zamanı saxlanılan şəxsin evdə heç kimin olmamasını fürsət bilərək oğurluq etdiyi
və həmin əşyaları ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə satdığı məlum olub.
Sinxron-Zaur Abidov ( saxlanılan şəxs )
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2
nəfər rayon sakini- əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum
olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı
R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək
götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button