Ağdaşda cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərinqanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə
əməliyyatlar zamanı cibgirlik, oğurluq cinayətləri törədən və narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər tutularaq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat
pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu
oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı
məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş
qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna
aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün
cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da
analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-
istintaq tədbirləri davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə
rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan
Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı
sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini
Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və
cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan
şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində son günlərdə
keçirilən növbəti əməliyyatlar zamanı isə daha 7 nəfər-Yaqub Əliyev, Aqşin
Kərimov, Səbuhi Mustafayev, Orxan Zülfüqarlı, Ruslan Süleymanov, Fəxrəddin və
Ümid Məmmədovlar saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif
növ güclü təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam
etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button