Ağdaşda COVID pasportu olmayan qonaqların saraya girişinə icazə verilməyib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində  keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID”  pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.

Hamısını Göstər

Related Articles

Back to top button