Ağdaşda digərlərinin sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə hərəkətdə olarkən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini Bəxtiyar Mürsəliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, şəhər ərazisində yerləşən mağazaya gəlib və digər vətəndaşların da sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs evinə geri qaytarılıb.

B.Mürsəliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button