Ağdaşda qaydalara riayət etməyən piyadalar barəsində inzibati tədbirlər görülüb

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı yaxınlıqda piyada keçidlərinin olmasına baxmayaraq, bundan istifadə etməməklə özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə həmin şəxslərə ətraflı məlumat verilib və barələrində inzibati protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button