Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan polise.az-a verilən məlumata görə, Ağstafa rayon ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini  Tağı Kazımov və rayon sakini İsmandiyar MəmmədovAğstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovlaşan aşkar edilərək götürülüb.

Faktlarla  bağlı araşdırmalar davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button