Aİ-dən İrana qarşı yeni sanksiyalar
Avropa İttifaqı Rusiyaya silah tədarükü və etirazların sərt şəkildə yatırılmasına görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Məlumata görə, 31 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunacaq. Onlardan 21-i etirazların qəddarlıqla yatırılması, 10-u isə Ukraynada istifadə olunan dronların Rusiyaya tədarükü ilə bağlıdır.
Dekabrın 12-də Brüsseldə keçiriləcək sammitdə Aİ liderlərinin Ukraynaya hərbi yardım fondunun 2 milyard avro artırılmasını nəzərdən keçirəcəyi gözlənilir.
Nazirlər həmçinin İranın nüvə proqramını məhdudlaşdırmaq üçün dayanmış danışıqları müzakirə edəcəklər.