Aİ Qabondakı münaqişənin güc yolu ilə həllini nəzərdən keçirmir
Avropa İttifaqı Qabondakı üsyançılarla diplomatiya yolu ilə əməkdaşlıq etmək niyyətindədir, hərbi əməliyyatın istisna olunmadığı Nigerdən fərqli olaraq, burada güclə həll yolu nəzərdən keçirilmir.
Polise.az xəbər verir ki, bu barədə Aİ xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bildirib.
“Qabonda vəziyyət Nigerdəkindən tamamilə fərqlidir. Ona görə də biz Qabon xalqının istəklərinə cavab vermək üçün diplomatiya və sülh yolu ilə hərəkət etmək niyyətindəyik”, – Borrel əlavə edib.
Polise.az