Aİ Ukraynaya bir milyon artilleriya mərmisi verəcək

Avropa İttifaqı (Aİ) ölkələri bir il ərzində Ukraynaya 1 milyon artilleriya mərmisi təqdim etmək niyyətindədir.

Polise.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məlumata görə, bununla bağlı Avropa Sülh Fondundan 1 milyard avro ayrılması planlaşdırılır. Bundan başqa, Aİ üzvlərinin öz ehtiyatlarından döyüş sursatı göndərmə xərclərini qarşılamaq üçün fonddan daha 1 milyard avro xərclənəcəyi gözlənilir.

Mənbələrin məlumatına görə, bununla bağlı saziş Aİ liderlərinin bu həftə Brüsseldə keçiriləcək görüşündə təsdiqlənəcək.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button