Ailəsi onu axtarır

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən “polise.az“a məlumata görə, Quba rayon sakini, 24.03.1997-ci il təvəllüdlü Məcidov Novruzbəy Niyaz oğlu cari ilin may ayının 31-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

N.Məcidovun əlamətləri belədir: boyu 161 sm., qısa qara saçlı, uzun sifətli, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxan zaman onun əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar və göy rəngli idman ayaqqabısı olub. 

N.Məcidov ruhi əsəb xəstəliyindənəziyyət çəkir, aydın danışa bilmir və özü haqda dəqiq məlumat verə bilmir.   

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.      

Hamısını Göstər

Related Articles

Back to top button