Aksiyanın 51-ci günü
Eko könüllülərin və Qeyri Hökumət Təşkilatlarının Laçın-Xankəndi yolunun Şuşa şəhər ərazisindən keçən hissəsində keçirdiyi dinc aksiya artıq 51 gündür davam edir.
Polise.az-ın APA-ya istinadla verdiyi məlumata görə, ötən 51 gündə bir dəfə də olsun insident qeydə alınmayıb.
Havaların həddindən artıq şaxtalı keçməsinə baxmayaraq etirazçılar gecə-gündüz bu ərazini tərk etməyib. Humanitar məqsədlə əraziyə yaxınlaşan bütün avtomobillərin keçidinə icazə verilir.