Aktürk: Türkiyənin Avropanın gələcək təhlükəsizlik arxitekturasındakı rolu müəyyən edilir

“Türkiyə güclü və təcrübəli ordusu, NATO daxilində effektiv mövqeyi, inkişaf edən müdafiə sənayesi və Avropa, Qara dəniz, Cənubi Qafqaz və Yaxın Şərq arasında kritik əhəmiyyətə malik geosiyasi yerləşməsi ilə regional təhlükəsizlik baxımından əvəzolunmaz müttəfiq mövqeyindədir”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Bu çərçivədə Avropa ölkələrinin qitənin gələcək təhlükəsizlik arxitekturasında ölkəmizin strateji rolunu daha qətiyyətli şəkildə qiymətləndirdiyi, müdafiə, təhlükəsizlik və strateji əməkdaşlıq sahələrində əlaqələri dərinləşdirməyə önəm verdiyi müşahidə olunur”, – o qeyd edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button