Yeni müharibə Yaxın Şərqi aşacaq-SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücumu halında müharibə cəbhəsinin Yaxın Şərqdən kənara çıxacağını bildirib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Fars” informasiya agentliyi məlumat yayıb.
“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, regional müharibə bu dəfə bölgədən çox kənara yayılacaq və təsəvvür edə bilməyəcəyiniz yerlərə dağıdıcı zərbələrimiz sizə sarsıdıcı məğlubiyyət gətirəcək”, – SEPAH-ın bəyanatında bildirilib.
Polise.az



