Al qanımla çiçək bitər, ləçəkləri poladdan… – Musa Yaqubdan Şəhid generalımıza ithaf

Poladdan gül ləçəyi
(Şəhid General Polad Həşimovun əziz xatirəsinə)


Mən vətənin əsgəriydim,
Ordumuzun generalı.
Vətən olub, torpaq olub
Onun əzmi, amalı.

Döyüşmədim axıracan,
Mənə qismət olmadı.
İntiqamdan yanır canım,
Nə yaxşı ki,bu torpağa axdı qanım.

Al qanımla çiçək bitər.
Ləçəkləri poladdan.
Qoy vətənin üzü gülsün
Íşıqlansın bu addan.

Şəhid Polad, qoca palıd
Cana gəlib döyüşür.
Düşmənlərin canına,
Alov düşür, od düşür.

Biz vermərik düşmənə,
Bu torpaqdan bir qarış da,
Döyüşüm var qarşıda,
Ölməmişəm hələ mən,
Döyüşürəm hələ mən.
Cavan Polad döyüşür
Təki vətən yaşasın
Bu generalın əmridir
Vətən!Haydi İrəli!
İrəli ha, İrəli
Ana vətən vuruşur.

Musa Yaqub

Mənbə
moderator.az
Hamısını Göstər

Related Articles

Back to top button