Almaniya və Finlandiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
Finlandiya və Almaniya prezidentləri arasında telefon danışığı olub.
Polise.az xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Sauli Niinisto “Twitter” hesabında bildirib.
“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə fikir mübadiləsi aparmaq həmişə xoşdur. Bu gün biz Rusiyanın Ukraynadakı müharibəsini və Ukrayna xalqına davamlı dəstəyimizi müzakirə etdik”, Prezident Niinisto bildirib.