Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Şuşa şəhərinin ətrafında lokal antiterror tədbirləri həyata keçirildiyi dövrdə tərk edilmiş qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən və məntəqələrin birindəyik.

Polise.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan Ordusu lokal antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib. Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri ilə razılıq əldə edilib.

“Razılığa əsasən, hazırda qeyri-qanuni birləşmələrin tərk-silah edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən ərazinin minalardan təmizlənməsi işləri aparılır”, – deyə Anar Eyvazov qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button