Anasını balta ilə qətlə yetirən şəxs axtarılır

Xəbər verildiyi kimi Yanvarın 13-ü  Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk etmişdir. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi  görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Hamısını Göstər

Related Articles

Back to top button