Ankarada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilib
Türkiyənin paytaxtı Ankara şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
Polise.az xəbər verir ki, Türkiyə və Azərbaycanın hərbyönümlü qeyri-hökumət təşkilatlarının rəhbərləri və fəalları Heydər Əliyev Parkını ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyub, xatirəsi ehtiramla yad ediblər.
Daha sonra keçirilən tədbirdə Türkiyədə qazilərin, şəhid ailələrinin, ehtiyatda olan zabitlərin təmsil olunduğu cəmiyyətlərin rəhbərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tarixindəki xilaskarlıq missiyası, dövlət və ordu quruculuğu, Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı sahəsindəki misilsiz xidmətlərindən danışıblar.