Antoni Blinken: NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq

“NATO Kiyevə dəstəyi maksimum həddə çatdıracaq”.

“Polise.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Norveçin paytaxtı Osloda keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Alyans bunu qarşısına məqsəd qoyub: “Biz Ukraynanın əks-hücumları fonunda bu ölkəyə yardımımızı maksimum dərəcədə artırmağa fokuslanmışıq”.

A.Blinkenin sözlərinə görə, müttəfiqlərin Ukraynaya artan dəstəyi həm də ehtimal edilən təcavüzlərin qarşısını almaq üçündür.

Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button