Aprel ayında güclü maqnit dalğaları gözlənilir

ünəşdə baş verən partlayışlar səbəbilə Yerin maqnit sahəsi bərpa olunmağa başlayır, bu da insan sağlamlığına mənfi təsir göstərən ciddi dalğalanmalar yaradır.

Publika.az xəbər verir ki, mütəxəssislər meteohəssas insanlara aprel ayında qarşılaşacaqları təhlükələr barədə xəbərdarlıq ediblər.

Ekspertlərin fikrincə, yazın ortalarında maqnit qasırğaları gözlənilir. Belə ki, zəif maqnit dalğalanmaları 2, 10, 11, 16 və 17 apreldə, güclü maqnit qasırğaları isə 20 və 21 aprel tarixlərində olacaq. Şiddətli dalğalanmalara görə, bəzi insanlar kəskin baş ağrısı, ürəkbulanma, ümumi zəiflik və yüksək qan təzyiqi ilə qarşılaşa bilər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button