«Ardı var…»

Lap qədim zamanlardan insanlar nağıl «icad» etməyə başlamışlar. Əlifba və yazı hələ mövcud olmamışdan çox-çox əvvəl nağıllar yaranıb… Biri, digərinə təxəyyülündə uydurduğu, bəzən həqiqəti və ilahi dəyərləri əks etdirən nəyisə danışarmış. Əlifbanı öyrənməyənlər yazıb oxumaqdan çox, danışmağı, yaxud həqiqətə uyğun yalan söyləməyi bacararmışlar.

Sonralar bu həqiqətə uyğun yalanlar sujetlərin mənbəyinə çevrilmişdi…

Nağılbazlar heç nədən, heç kimdən qorxmadan qorxulu nağıllar icad edər, gecənin qaranlığına əhəmiyyət vermədən müxtəlif səpgili nağıllar uydurmaqdan yorulardılarsa, «Ardı var» -deyib danışdıqlarına müvəqqəti nöqtə qoyarmışlar.

Müasir alman ədəbiyyatının tanınmış simalarından biri, Nobel mükafatı laureatı Cünter Qrass Nobel nitqində nağıl dünyasına baş vurmuşdu: «İnsanlar yaza və yaxud yazılanların üzünü köçürə bilmədikləri zamanlarda daha çox ölüm və qətllər, qisas almaq barədə danışarmışlar. Qisas, xüsusilə də qanlı qisaslar belə danışıqlar üçün yaxşı “material” sayılardı. Ümumiyyətlə, ta qədim zamanlardan həmin dövr üçün, bəlkə,elə bu gün üçün də ən çox işə yarayan mövzulardan biri xalqların məhv edilməsi olub. (Sonralar polyak alimi Rafaelin təklifi kimi  «Genosid»i Beynəlxalq hüquqa əlavə etmişlər: S.Ə.)

Qəhrəmanlar haqqında əhvalatlar da,elə bu prinsip əsasında qurularmış.

Nağılçılar daşqınlar və quraqlıqlar haqqında danışar, gələcəyi proqnozlaşdıra bilərdilər…»

Bu mənada bəşəriyyət tarixində ilk qətl və qatil Hz.Adəm və Hz.Həvvanın böyük oğlu Qabil idi, Habil isə qətlin ilk qurbanı olmuşdu.

Bir az dərindən düşünəndə baş verənlər və hələ baş verəcək insanlığa, ətrafa və ətraf mühitə zidd, amansız hadisələr zamanın hökmü kimi qəbul olunardı. Nağılçılar bunu qədim zamanlarda nağıllarında söyləyiblər.

2022-ci ilin ilk günlərində Qazaxıstan xalqı üçün yeni ilin zəhri-marına (ilan zəhəri – fars sözüdür.ş.ə) çevrilməsi, RF-ının Ukrayna xalqının cüverenliyinə qarşı təcavüzü həmin «Ardı var» nağıllarının davamıdır…Daha nələr olacaq hələ bilinmir.

BMT-nin ilk onlayn səhifəsinin epiqrafındakı müdrik kəlam diqqətimdən yan keçmədi: «Sağlam planet(də)ə sülh, ləyaqət və bərabərlik!»

Bütün bəşəriyyətin təhlükəsizliyinə zəmanət verən bu İlahi dəyərlərə niyə əməl olunmur – sualına hamını qane edəcək cavab tapmaqda çətinlik çəkirəm. ”Yəqin istəmirlər. ”Başqa nə ola bilər!

Amma bir az oxuduqlarıma doğru addımlayanda belə qənaətə gəlmək olur ki, insan təbiətən qəliz bir bəşərdir. Müharibədən və aqressiyadan başqa bir şeyə qadir deyilmiş. Bu, qloballaşan dünyanın elə qəliz və qlobal bir modelidir!

 Belə bir model dövlət və hüququn zəruriliyini nümayiş etdirdi. Bu mənada bütün insanlar təbiətcə bərabərdilər, ləyaqətlidirlər. Amma bu bəşəri dəyərlər yalnız sülh şəraitində qoruna bilər.

Dövlət bir sinfin, başqa bir sinif üzərində hökmranlığı nəticəsində və yaxud siniflər arasında barışmaz ziddiyyətlər nəticəsində yarandığından belə qənaət hasil olur ki, fərdin gücü digərini özünə tabe edə bilmək bacarığında, dövlətin gücü isə  kiçik və zəif dövlətlər üzərində dominantlığını hökm etməkdə  bəlli olur.

Tarixən «Daha çox əldə etmək» istəyi primatlığa və”rəqabətə”yol açıb. İki nəfərin, iki qonşunun, iki dövlətin bir şeyə iddiası düşmənçilik yaradı(b)r. Və heç kimin «ona hucum» etməzlər inamı qalmadığından güclü tərəf vaxtında və yaxud imkan, vaxt, vədə çatan kimi bu fürsətdən faydalanmağa çalışıb.

Zaman-zaman belə olub. «Ardı var» nağıllarından belə oxumuşuq. «Məqsədə çatmaq» uğrunda mübarizə aparılıb.Bəşəriyyət bu gün də bunun əyani şahididir.

İngilis filosofu və böyük mütəfəkkiri Tomas Qobbs müasirlərinin insanların xeyirxahlığı barədə mübahisəsinə son qoymaq üçün ətrafına sual edir: «Onda,niyə yatmağa hazırlaşarkən qapını arxadan qıfılla bağlayır(sız)ıq? Səyahətə hazırlaşarkən niyə özümüzlə silah və digər alətlər götürürük?» Bu o deməkdir ki, insanlar arasında qarşılıqlı inam və etibar artıq yoxdur. Dövlətlər arasında da qarşıdıqlı inam olmadığından vəhşi məqsədlərinə çatmaq və güclərini sınamaq üçün aqressiyaya üstünlük verirlər.Beləliklə,insanın qəliz təbiəti  onu müharibəyə itələyir. Birinin digərinə rəqib olması, şöhrət eşqi və inamsızlıq bu müharibəyə təkan verir.

Nə qədər ki, insanlar, dövlətlər ümumi(birgə) ittifaqlar və hakimiyyətdən kənardadır,onlar müharibə qorxusu altında yaşayacaqlar.Tomas Qobbsun dediyi kimi – “Hamının hamıya qarşı müharibə qorxusu var”. Bu müharibə heç vaxt ədalətli sayıla bilməz. Ədalət yalnız ədalətli dünyada ola bilər. Ləyaqət fərdlərdə,sülh isə dövlətlər arasında mümkündür. Ədalət o cəmiyyətlərdə ola bilər ki, orada hüququn aliliyi hökm sürür, hakimiyyətin həqiqi bölgüsü var, məhkəmələr tam müstəgildirlər,social ədalət üçün təhlükə yoxdur, fikir, söz və ifadə azadlığı var və s. İctimai, dövlət və dövlətçilik marağı –alturislik,özəl maraqlardan üstündür, məmur təqibi yoxdur və s…

«Hamının hamıya müharibəsi» insanların psixologiyasından çox, cəmiyyətin və dövlətin mövcüd hüquqi vəziyyətindən doğur. Yəni, «Hamının hər şeyə hüququndan başqa ,heç bir hüquq da yoxdur,olmur!»klassik deyim var.

De-fakto və De-yure» yeni 2022-ci ilin ilk ayında Qazaxıstanda beynəlxalq terrorizm adı altında baş verən və zorakılıqlarla müşahidə edilən aqressiv savaş iri dövlətlərin istəyindən başqa bir istək ola bilməzdi. Bu dövlətlərdə hegemonluq istəyi Nobel mükafatı laureatı, müasir alman ədəbiyyatının ən görkəmli nümayəndəsi Cünter Orassın yazdığı kimi  kitaba seçilən başlığa bənzər.Nobelçinin anası qonşuya danışarmış ki,  Günterin kitaba sevgisi o qədər güclüdür ki, yanında qoyduğum buterbrodu bir diş götürərdən sonra bir parça sabunla dəyişsəm,gözlərini kitabdan ayırmadan sabuna əlini uzadar, dişləyib və bir neçə dəqiqə çeynədiyinə  tamaşa etmişəm…

Bəzi dövlətlər sevmədiyi dövlətləri ilə bu sayaq davranırlar.Millətlərin ovuna çıxmaq onların xisləti və xobbisidir…Dünya gözlərinin qarşısında baş verənlərin fərqindədirmi?     

“Novoya Qazeta”nın baş redaktoru Dmitriy Muratov Oslo şəhərində Nobel mükafatının təqdimatı zamanı rusiyadaxili siyasi proseslərdən də yan keçməyib.O,«Dünya demokratiyanı unudub. Dünya hakim elitaya olan münasibətdə yanılır. Dünya diktaturaya meyl edir.Tərəqqiyə zorakılıqla nail olmaq illüziyası yaranıb. İnsan hüquq və azadlıqlarına hörmət ona riayət etmək yolu ilə yox, diktatura və zorakılıqla təmin edilir. Hakimiyyət müharibə ideyasının satışında çox aktivdir. İnsanlar aqressiv müharibə marketinqinin təsiri altında yaşayır və tədricən bunun mümkünlüyü qənaətinə gəlirlər…”Dmitriy daha çox Rusiyada gördüyünü və şahidi olduğu acı həqiqətləri qələmə alır.

Ddmitriy daha sonra Stalin repressiyalarının, diktaturanın yenidən qayıda biləcək təhlükəsini də xatırladıb…

Dünya proletarlarının birləşməsi mümkündürmü?…

Şəmsəddin Əliyev.
2 mart 2022-ci il

Hamısını Göstər

Related Articles

Back to top button