Avropa İttifaqı gələn il üçün müdafiə büdcəsini artırmağı planlaşdırır
Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib.
Polise.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifadə ediblər.
Məlumata görə, söhbət ilkin olaraq Avropa Komissiyasının təqdim etdiyi büdcəyə əlavə olan sazişdən gedir. Təklif dəstəklənərsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı ölkələrində sursat istehsalının genişləndirilməsi ilə bağlı razılıq əldə edilib.
Polise.az