Avropa Parlamentində Azərbaycanın enerji siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb

Ölkəmizin Belçikadakı səfirliyinin təşkilatçılığı ilə Avropa Parlamentində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın təqdimatında Avropanın etibarlı enerji təchizatçısı və tərəfdaşı kimi Azərbaycanın enerji siyasəti üzrə müzakirə aparılıb.

Polise.az  xəbər verir ki, tədbirdə Avropa İttifaqı institutlarının rəsmiləri, tədqiqat mərkəzlərinin ekspertləri və Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun enerji üzrə məsul əməkdaşları iştirak ediblər.

Qeyd olunan tədbirdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyəti, yaşıl enerji keçidi, mənbələrin və marşrutların şaxələndirilməsi və bərpa olunan mənbələrin inteqrasiyasına ehtiyac, son aylarda Azərbaycanla enerji tərəfdaşlığının Aİ üçün əhəmiyyəti, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi həlledici rolu müzakirə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button