Avropada qazın qiyməti 700 dollardan aşağı enib
Bu gün hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 ABŞ dollarından aşağı enib.
“APA-Economics” xəbər verir ki, 5 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 696,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,8% azdır.
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 700 ABŞ dolları civarında qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 4 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 702,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (788,9 dollar) ilə müqayisədə 11% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.