Azərbaycanlı iş adamı Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürdü
Sonuncu sövdələşmə nəticəsində azərbaycanlı iş adamı Nəsib Həsənov “Caucasus online” (“Qafqaz online”) provayderinin 100%-lik sahibi olub.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
“Business Formula” xəbər verir ki, “Caucasus online” əsas internet rabitə kanalının sahibi Xviç Makasariya nəzarət payını (51%) Azərbaycanın “Nexol Holding” şirkətinə satıb. Səhmlərin 49% -i isə hələ 2019-cu ildə Azərbaycan şirkətinin əlinə keçmişdi.
![](http://i.virtualaz.org/358213_src.jpg)
Və bu halda müqavilə Milli Rabitə Komissiyası ilə razılaşdırılmamışdı, buna görə tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi.
Sonuncu sövdələşmə nəticəsində isə azərbaycan iş adamı Nəsib Həsənov 100% “Caucasus online” şirkətinin sahibi olub.