Bakıda ölümlə nəticələnən insident: Deputat Arzuxan Əlizadənin oğlu saxlanıldı

Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

Polise.az xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakının Xətai rayonunda kafedə baş verən, bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Davanın iştirakçılarından birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin olduğu qeyd edilir.

Qeyd edək ki, xəbəri ilk Oxu.az yayıb.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button