Paşinyan: Ceyhun Bayramovun TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam.

Polise.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

Nikol Paşinyan qeyd edib ki, dəmir yolu xətlərinin bir-birinə qoşulması texniki məsələlər üzrə razılaşmanı zəruri edir:

“Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycan dəmir yoluna birləşməlidir. Bu məsələlər, texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də məhz budur”.

Qeyd edək ki, Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında Teleqraf-ın sualını cavablandırarkən TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib.

Nazir vurğulayıb ki, kommunikasiyaların giriş və çıxış hissələri Azərbaycan ərazisində yerləşir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button