Azərbaycan Avropaya qaz ixracını iki dəfəyə qədər artıracaq

Neft və qaz orta müddət ərzində Azərbaycan iqtisadiyyatında üstünlük təşkil etməyə davam edəcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin “Azərbaycan 2021: Enerji Siyasəti İcmalı” hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycan neft-qaz sektoruna investisiyada stabil mühit yaratmağa nail olaraq etibarlı ixracatçıya çevrilməyə nail olub. Eləcə də, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın qaz tədarükünün şaxələndirilməsində rolunu artırdığı, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu qeyd edilib.

Hesabatda vurğulanıb ki, 2025-ci ilə qədər Avropada idxal edilən qaza olan təlabat 45 milyard kubmetrə qədər artacaq, bu isə Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bununla da 2025-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz 2”dən hasil ediləcək qazın nəqlini iki dəfəyə qədər artırmaqla 16 milyard kubmetr həcminə çatdırmaq olar.

İstehsalda karbon emissiyalarının azaldılması ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) yanan qazların tamamilə aradan qaldırılması, metan emissiyalarının azaldılması istiqamətində də uğurla çalışdığı əlavə edilib. 

Eyni zamanda, Azərbaycanın yeni inkişaf xərclərini idarə etmək üçün beynəlxalq səviyyədə rəqabətə dözümlü istehsalçıya çevrilməsinin çox vacib olduğu əlavə edilib. 

Qeyd edilib ki, Azərbaycan neft emalı və neft-kimya istehsalının modernləşdirilməsi və artırılması ilə bağlı səylərini uğurla davam etdirir və bu sahədə irəliləyişlər mövcuddur.

Hamısını Göstər

Related Articles

Back to top button