“Azərbaycan dronları gələcək müharibənin necə olacağını göstərir” – ABŞ nəşri

Orta Şərq üzrə tanınmış tədqiqatçı Set Frantsman (Seth Frantzman) Amerikanın və dünyanın nüfuzlu jurnalı olan “Newsveek”də “Azərbaycan dronları gələcək müharibənin necə olacağını göstərir” başlıqlı yazı ilə çıxış edib.

Bu barədə millət vəkili Zahid Oruc məlumat yayıb.

Müəllif hərbi eskalasiyanın gedişi barəsində müəyyən təsəvvürlər yaratdıqdan sonra qeyd edir ki, Azərbaycanın tank, artilleriya və digər hərbi texnika əleyhinə tətbiq etdiyi pilotsuz dronlar unikal hərbi hərəkətlərdir:

”ABŞ on illərdir ki, qlobal terrorla mübarizədə dronlardan istifadə edir, lakin Bakının yüzlərlə növ pilotsuz qurğulardan yararlanması gələcək müharibələrin pərdəsini ortadan götürür. Vaşinqtondan Pekinə, Yerusəlimdən Tehrana qədər hökumətlər buna diqqət etməlidir”, – deyə müəllif müxtəlif dövlətləri bunu Azərbaycandan öyrənməyə çağırır.

Z.Oruc bildrib ki, məqalədə dron-kamikadzeləri müxtəlif ölkələrdən almaqla özünün silah arsenalını genişləndirən Azərbaycanın Ermənistanla savaşın gələcək nəticələrinda həlledici rolu xüsusi vurğulanır:

“Göründüyü kimi, 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı dünya hərb tarixində ən mühüm cəhətlərinə görə daim müraicət edilən səlnamələrdən biri olacaqdır.

Şübhə yoxdur ki, Birinci Qarabağ müharibəsinin nəticələrinə girov qalmış Ermənistanın sabiq hərbi xunta rəhbəri Serj Sərkisyanın dediyi kimi, 80-ci illərin silahı ilə vuruşan və son günlər dünyanın müxtəlif ölkələrindən müxtəlif kanallarla silah-texnika-texnologiya daşıyan Ermənistanın döyüş meydanında Azərbaycan qarşısında məğlubiyyəti qaçılmazdır”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button