Azərbaycan Fransanın təxribatına qarşı bəyanat yaydı

Bu gün Milli Məclisdə Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı etiraz Bəyanatı müzakirəyə çıxarılıb.

Bəyanatda deyilir: “Fransa parlamentinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarış qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Ermənistanla sülh sazişinin bağlanması istiqamətində beynəlxalq səylərin gücləndiyi bir vaxtda Fransa Senatının addımı revanşizmə xidmət edən bir addımdır. Milli azlıqların hüquqlarını qorumaqdan yayınan Fransanın Azərbaycandakı erməni azlıqla bağlı canfəşanlıq göstərməsi yolverilməzdir. “Korsika xalqı” ifadəsi Fransa Konstitusiyasına zidd addım kimi qadağan edilib. Ancaq Fransa Azərbaycanda yaşayan bir etnik azlığı “Arsax xalqı” kimi təqdim etməyə çalışır. Azərbaycanın daxili işlərinə davamlı müdaxilə edən Fransa Senatı və Milli Assambleyanın İslam separatizminə qarşı qəbul etdiyi qanunlardan bu ölkədə azadlıqların məhdudlaşdırılması üçün kütləvi istifadə edilir. Ona görə də Fransa Senatında konfrans siyasi riyakarlığın bariz nümunəsidir.

Fransanın bölgədə itirdiyi mövqeləri kobudluqla bərpa etmək cəhdləri uğursuzluğa məhkumdur. Milli Məclis Azərbaycana ədalətsiz münasibətini nümayiş etdirmiş Fransanın mövqeyini dəyişmədən Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə cəlb edilməməsi ilə bağlı hökumətə müraciət edib.

Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamenti prinsipial mövqeyini bir daha əks etdirərək Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi praktikadan, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməyə, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırır”.

Bəyanat müzakirəyə çıxarılaraq qəbul edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button