Azərbaycan İrana uçuşları dayandırıb?

“İndiyədək Türkiyə, Azərbaycan və İraqın mülki aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf şəhərlərinə uçuşlarının dayandırılması və ya təxirə salınması ilə bağlı heç bir rəsmi bildiriş almamışıq”.
Polise.az xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin (“Iran Air”) açıqlamasında bildirilib.
Aviaşirkət həmçinin vurğulayıb ki, rəsmi bildiriş alındıqdan sonra uçuş cədvəlində hansısa dəyişiklik baş verərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi kanalları vasitəsilə məlumat veriləcək.
ABŞ-nin maliyyə naziri Skott Bessent bundan əvvəl bəyan edib ki, aviaşirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən oktyabrın 1-dən İrandan bütün ölkələrə uçuşlar dayandırılacaq. Bessentin açıqlamasından sonra bir sıra ölkələrin İrana uçuşları dayandırması barədə mediada məlumat yayılıb.
Polise.az



