Lənkəranda evdən külli miqdarda pul oğurlandı – 3 nəfər həbs edildi

Lənkləranda yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Polise.az



