Azərbaycan Mərkəzi Bankı ilə Astana Beynəlxalq Maliyyə Mərkəzi arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Astana Beynəlxalq Maliyyə Mərkəzində olub.

AMB-dan Polise.az-a bildirilib ki, görüşdə Mərkəzin həyata keçirdiyi proqramlar və layihələrdən, o cümlədən maliyyə xidmətlərinin inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Görüş zamanı Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sahəsində strateji hədəflərə nail olunmasında zəruri dəstəyin göstərilməsinə, həmçinin əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button