Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Polise.az-a bildiriblər ki, ordumuzun həmin istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Polise.az