Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı bölmələrinə cavab atəşi açılıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin şərhində deyilir: “Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button