Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşüb
Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə komissiyanın həmsədrləri – Azərbaycan, RF və Ermənistan baş nazirlərinin müavinləri iyunun 20-də Sankt-Peterburqda görüşüb.
APA xəbər verir ki, işçi görüş 25-ci Peterburq beynəlxalq forumu çərçivəsində baş tutub.
Qeyd edək ki, daha əvvəl komissiya iyunun 4-də Moskvada görüşmüşdü.