Azərbaycan Türkiyəni cənginə alan yanğınla mübarizəyə dəstək olur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınması üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

Hazırlıq prosesindən fotoreportajı təqdim edirik:

Hamısını Göstər

Related Articles

Back to top button