Azərbaycan və Finlandiya arasında ətraf mühitin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Finlandiya Respublikasının ölkəmizdəki səfiri Kirsti Narinen ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühitin mühafizəsi, su resurslarının səmərəli idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button