Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Bu il yanvarın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 746 309 vahid olub.
Bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
“Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 435 vahid artaraq 831 357 olub”, – deyə o qeyd edib.