Azərbaycanda elektron ticarət üzrə normativ hüquqi baza təkmilləşdirilir

Azərbaycanda elektron ticarət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində yeni qanun layihəsi hazırlanıb.

Polise.az  xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Layihə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan hədəflərlə əlaqələndirilir.

Həmin tədbirlər planında elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.

Təqdim olunan qanun layihəsi POS-terminal anlayışının yenilənməsini, texnoloji neytrallıq prinsipinin əlavə edilməsini, ödəniş üsulları barədə məlumatlandırma tələblərinin dəyişdirilməsini və elektron ticarət çərçivəsində nağdsız ödənişlərin təşkili ilə bağlı müddəaların təkmilləşdirilməsini əhatə edir.

Layihənin məqsədi elektron ticarətin hüquqi tənzimlənməsini müasir tələblərə uyğunlaşdırmaqdır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button