Azərbaycanda etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilib

Azərbaycanın dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilib.

Polise.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.

Qanuna görə, dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinə məsul olan etik davranış üzrə müvəkkil təyin edilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlamalı idilər. Qanun layihəsi də məhz buna uyğun olaraq hazırlanıb və qəbul olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button