Azərbaycanda narkotiklə bağlı 11 əcnəbi saxlanılıb

Ötən ay Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır.

Polise.az  xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, ötən ay cinayət məsuliyyətinə cəlb edilmiş 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə, 1-i Rusiya Federasiyası vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button