Azərbaycanda Orduya dəstək yürüşləri: xalq mövqeyini bəlli etdi

Tovuz döyüşləri xalqı ayağa qaldırıb. Ölkə qaynayır. Xalq küçə və meydanlardadır. O, öz ordusunun arxasında olduğunu bəyan edir. Xalq Ali Baş Komandanıdəstəkləyir və müraciət edir. Xalq dünyaya və Ermənistana göstərir: onun vətən və torpaq sevdası, Qarabağ istəyi bitməyib! Ortada müxalifət-filan yoxdu. İqtidar da təşkil etməyib bu səhnələri! Mən bu xalqı yaxşı tanıyıram! Onunla Birinci Qarabağ Savaşından keçmişik. Bu xalq başında lider olmadan, özündən təşkilatlanır, küçədə, hərəkatda, meydanda nizam-intizamlıdır! Bu xalqın içərisinə enib, təşkilatlar qurulmasında, könüllü özünümüdafiə dəstələri yaradılmasında iştirak etmişəm. Ona xitab edib qəzet, sayt, televiziya qurmuşam! Bu xalq üçün vətən anlayışı, torpaq sevdası hər şeydən öndə gəlir. Azərbaycanlılar torpaq uğrunda birləşirlər! Azərbaycanlılar şəhid qanından qorxmurlar. Tam tərsinə, şəhid verəndə daha da inadlaşır, daha da güclənir və bir ordu halına gəlir, xalqımız. 20 yanvar 1990-cı ili xatırlayın! Bizi sovet-rus əsgərləri gəldi, qırdı.

Çoxlu şəhid verdik! Lakin sabahı günü 1 milyon yarım insan küçələrə çıxdı. Xalq yenidən təşkilatlandı və qısa müddətdə müstəqillik qazandı, dövlətini qurdu…

Doğulduğum torpaqlara düşmən mərmiləri yağır. Son şəhidlər müqəddəs vətənimizin Tovuz adlı bölgəsi uğrunda həlak oldular.

Lakin Tovuzun küçələri ilk gündən insan seli ilə doludur. Onlar nə mərmidən, nə ölümdən qorxurlar! Gənclər ayaqda, insanlar sərhədlərə axışır. Bu dəqiqə burax onları, əliyalın Ermənistan deyilən dövlətin sərhədlərinə vuracaqlar özlərini! Əlyalın Sovet-rus tanklarının üstünə yürüyən millətin övladlarıdır onlar!

Eyni proses Bakıda da başlayıb. Gənclər dözmür, millətin qeyrəti ağrıyır! Hər kəs Ermənistana və ermənilərə layiqli cavab verilsin istəyir. Hər kəs şəhidlərimizin qanının alınmasını tələb edir! Azərbaycan xalqının bu vətənpərvərliyini, Silahlı Qüvvələrinə sahib çıxmasını dünyaya nümayiş etdirmək lazımdır. Erməninin gözünə soxmaq lazımdır bu kadrları! Azərbaycanlılar dövlətinə və ordusunun gücünə güvənməsə, ondan müharibə istəməzdi! “Şəhidlər ölməz, Vətən bölünməz!”, “İrəli, İrəli, Azərbaycan əsgəri!” Millətin içindən gələn bu çağırışlar enində-sonunda dövlətin iradəsi olacaq. Azərbaycanın güclü ordusu, yüksək silah arsenalı, qətiyyətli Ali Baş komandanı var!

Üstəlik xalq artıq öz mövqeyini açıq ifadə edir. Ordunu, dövləti, Prezidenti dəstəkləyir. Xalın bu mövqeyini görən ən qatı müxalifət liderləri də dəstək mövqeləri ifadə etməkdədirlər!

Azərbaycanda ideal milli birlik, xalq-dövlət həmrəyliyi, Ali Baş komandana və Silahlı Qüvvələrə yüksək inam var!

Bu durumdan Ermənistan qorxsun!!!

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button