Azərbaycanda rəsmi nikahdan kənar doğulan uşaqların sayı açıqlandı

Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Polise.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il (2025-ci ildə) qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 11 min 626 nəfər təşkil edib.

Vurğulanıb ki, 2024-cü ildə bu göstərici 13 min 228 olub. Beləliklə, cəmi bir il ərzində rəsmi nikahdan kənar doğulan uşaqların sayında 1 602 nəfərlik azalma qeydə alınıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button