“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransı keçirilir

Bu gün Bakıda “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış konfransı keçirilir.

Polise.az  xəbər verir ki, layihə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsi tərəfindən icra olunur. Layihənin məqsədi RİNN-in və digər aidiyyəti qurumların institusional potensialının inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi, eləcə də əhalinin yol hərəkəti təhlükəsizliyi ilə bağlı məlumatlılığının artırılması yolu ilə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsidir. Həmçinin ölkəmizdə ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılmasına töhfə verməklə, Azərbaycanda yol təhlükəsizliyi sahəsində standartların, idarəetmənin, qurumlar arasında koordinasiyanın yaxşılaşdırılması və müvafiq qurumların hüquqi və institusional imkanlarının və işçi heyətinin bilik və bacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button