Azərbaycanın dövlət himni İrəvanın mərkəzində səsləndirilib

Azərbaycanlı hakerlər ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları, Ermənistan ordusunun ciddi itkiləri və düşmənin məğlubiyyəti barədə İrəvan sakinlərinə dəqiq və dolğun məlumatların çatdırılmasını təmin edib.

Azərbaycan hakerləri bunu İrəvanda yerləşən mağazaların birindəki müşahidə kameraları vasitəsilə həyata keçiriblər.

Belə ki, azərbaycanlı hakerlərin sayəsində İrəvandakı “Tea & Coffee Planet” dükanında satıcı və müştərilər üçün hər axşam cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə  dürüst məlumatlar verilir.

Sonda isə Azərbaycanın dövlət himni səsləndirilir.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button